...

Abşeronda qardaşların qaçırdığı avtomobil elektrik dirəyinə çırpılıb

Hadisə Materials 4 May 2020 16:11 (UTC +04:00)
Abşeronda qardaşların qaçırdığı avtomobil elektrik dirəyinə çırpılıb

Bakı. Trend:

Abşeron rayonunun Saray qəsəbəsi ərazisindən qaçırılmış avtomobil elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron RPŞ-yə Sumqayıt şəhər sakini İ.İbişlinin “QAZ-3110” markalı avtomobilinin mayın 2-də saat 22 radələrində Saray qəsəbəsi ərazisindən qaçırılması barədə məlumat daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 23 radələrində qəsəbə ərazisində elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - qəsəbə sakinləri V.Ağalı və yeniyetmə qardaşı saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti