...

Abşeron sakini qaçırdığı avtomobillə birgə saxlanıldı

Hadisə Materials 26 May 2020 17:17 (UTC +04:00)
Abşeron sakini qaçırdığı avtomobillə birgə saxlanıldı

Bakı. Trend:

Abşeron rayonu Hökməli qəsəbəsindən A.Zamanlıya məxsus avtomobil qaçırmaqda şübhəli bilinən A.Həsənli avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 24-də saat 21 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini A.Zamanlıya məxsus “Opel” markalı avtomobil qaçırılıb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi A.Həsənli avtomobillə birgə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti