...

Goranboyda karantini pozanlar cərimələnib (FOTO)

Hadisə Materials 15 Dekabr 2020 10:01 (UTC +04:00)
Goranboyda karantini pozanlar cərimələnib (FOTO)

Bakı. Samir Əli - Trend:

Goranboyda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət gücləndirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində vətəndaşlar ilə mütəmadi olaraq marifləndirici söhbətlər aparır, koronavirus infeksiyasının fəsadlarını diqqətə çatdırır və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyini bildirir.

Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilərək, cərimələniblər.

Bundan başqa keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakinləri Sevinc Ələsgərova və Rəşad İsgəndərov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib. Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.

Faktlarla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb,faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti