Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Səbinə Əhmədova/
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə öz etimadnaməsi Böyük Britaniya Kraliçası II Yelizavetaya təqdim edib.
Trend-in Britaniyanın "Times" qəzetinə istinadən verdiyi məlumata görə, Kraliça II Yelizaveta etimadnaməsini təqdim etdikdən sonra Tahir Tağızadəni qəbul edib.