...

Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisini tamamlamaq üçün 10 milyon manat ayrıldı

Siyasət Materials 18 Sentyabr 2015 18:15 (UTC +04:00)
Prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisini tamamlamaq üçün 10 milyon manat ayrıldı

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Ağsu şəhərində Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 10 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti