Bakı. Elçin Mehdiyev – Trend:
Bir çox ölkələr Azərbaycanın gənclər siyasətini öyrənir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev 2 fevral - Gənclər Günü münasibətilə mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə 2018-ci il Gənclər üçün Prezident mükafatlarının təqdim edilməsi və bir sıra digər gənclərin mükafatlandırılması mərasimində deyib.
F.Hacıyev qeyd edib ki, bu gün Azərbaycanda yeni bir nəsil formalaşıb:
Gördüyünüz kimi, biz artıq 21 ildir Azərbaycanda Gənclər Günü keçiririk. Bu, Ulu öndərimizin gənclərə bir töhfəsidir. Ulu öndər Heydər Əliyev müdrik siyasətçi kimi, xalqını və millətini sevən böyük rəhbər kimi hər zaman Azərbaycan gəncliyinin inkşafının dəstəklənməsini ən başlıca prioritet hesab edib. Hətta ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ilk görüşlərdən birini məhz gənclərlə keçirdi, yaratdığı ilk qurumlardan biri də Gənclər və İdman Naziriliyi oldu. Bu onu göstərir ki, gənclik ulu öndərimizin zamanından həmişə dövlətin ən başlıca prioritetlərindən biri olub".
O əlavə edib ki, cənab Prezident İlham Əliyev də bu siyasəti davam etdirir, bu siyasət daha geniş vüsət alıb, müasir dünyanın çağırışlarına cavab verir:
"Artıq Azərbaycanın gənclər siyasəti dünyanın bir çox ölkələri üçün qabaqcıl nümunədir və artıq bu nümunəni öyrənir. Gənclər Fondu da cənab Prezidentin təşəbbüsü ilə yaradılıb. Yarandığı gündən 4 minə yaxn layihə dəstəklənib. Bizim layihələrin coğrafiyası Azərbaycanın bütün regionlarını əhatə edir. İnanıram ki, bizi hələ gələcəkdə böyük işlər gözləyir".
F.Hacıyev vurğulayıb ki, bu il Azərbaycan üçün çox əhəmiyyətli ildir: "Bilirsiniz ki, bu il prezident seçkiləri keçiriləcək. Mən tam əminəm ki, Azərbaycan gəncliyi cənab Prezident İlham Əliyevi dəstəkləyəcək, hər zaman olduğu kimi dövlət başçısının ətrafında sıx birləşərək ölkəmizi parlaq gələcəyə aparacaq.