...

Prezident Administrasiyası: Azərbaycanda tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi dövlətin nəzarətindədir

Siyasət Materials 5 Mart 2019 11:38 (UTC +04:00)
Azərbaycanda tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi daim dövlətin nəzarətində saxlanılır.
Prezident Administrasiyası: Azərbaycanda tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi dövlətin nəzarətindədir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi daim dövlətin nəzarətində saxlanılır.

Trend-in məlumatına görə, bunu “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” adlı beynəlxalq konfransda çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsi ölkəmizin daxili siyasətinin tərkib hissələrindədir: "Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsi ölkə qanunvericiliyində öz əksini tapıb".

E.Nəcəfov bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasına nümunə kimi milli etiqad azadlığı ilə yanaşı, bütün din və məzhəblərin qanun qarşısında bərabər olması qeyd edilməlidir: "Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Buna baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir. Dövlət-din münasibətlərinə dair daha bir nailiyyət ondan ibarətdir ki, dövlət bütün dini qurumların hər birinə lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Son dövrlərdə Bakıda və regionda çoxsaylı rus pravoslav, gürcü pravoslav, alban-udin kilsə və məbədləri, yəhudi sinaqoqları əsaslı təmir edilib".

Administrasiya rəsmisi deyib ki, Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən dini qurumlara mənəvi yardım da göstərir. Bütün Cənubi Qafqaz regionunda ilk dəfə olaraq 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü Azərbaycanda qeyd olunub.

Şöbə müdiri əlavə edib ki, Azərbaycanda dini azadlığın yüksək səviyyədə təmin edilməsi, bütün dini məzhəblərin qanun qarşısında bərabər olması, dini qurumlara dövlət dəstəyinin göstərilməsi öz məntiqi nəticəsi kimi ölkə daxilində dinlərarası münasibətlərin qarşısılıqlı hörmət əsasında qurulmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti