Bakı. Trend:
Azərbaycanın Britaniyadakı səfirliyinə radikal dini qruplaşmanın hücumu hərtərəfli araşdırma tələb edir.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Ekstremistlərin cari ilin avqustun 4-də Azərbaycan Respublikasının Londondakı Səfirliyinə hücumu ilə əlaqədar olaraq, diplomatik nümayəndəliyə və onun personalına qarşı istənilən zorakılığı qəbuledilməz hesab edirik.
Bu cür beynəlxalq hüquq əsasların və normaların pozulması aktları ümumilikdə pislənməlidir və təşkilatçıların məsuliyyətə cəlb edilməsi məqsədilə hərtərəfli araşdırılmalıdır.
Azərbaycan xalqının sarsılmazlığına inanırıq və qardaş dövlətə çətin vəziyyətlərdə hərtərəfli dəstək verməyə hazır olduğumuzu bildiririk", - deyə XİN-dən bildirilib.