...

8 Noyabr - Zəfər Günü xalqımızın böyük qürur və şərəf duyduğu bir tarixdir - Afət Həsənova

Siyasət Materials 7 Noyabr 2022 10:00 (UTC +04:00)
8 Noyabr - Zəfər Günü xalqımızın böyük qürur və şərəf duyduğu bir tarixdir - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xalqımız 8 Noyabr − Zəfər Günü qeyd edir. Bu Zəfər Azərbaycan tarixinin ən əhəmiyyətli hadisələrindən biridir, xalqımızın fəxr duyduğu bir tarixdir. 44 günlük Vətən müharibəsində tarixi qələbə hər birimiz üçün qürurlu və şərəflidir. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 30 illik işğala son qoymaqla xalqımıza böyük sevinc yaşatdı, ərazi bütövlüyümüzü bərpa etdi və soydaşlarımızın yurd həsrətini baça çatdırdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu tarixi Zəfər təkcə döyüş meydanında əldə edilən bir qələbə deyildi, bu həm də xalqımızın mənəvi qələbəsi, 100 illər boyu xalqımza qarşı terror və cinayətlər törədən erməni vandalizminə tarixi bir dərs idi.

“Bu qələbə xalqımızı məğlubiyyət üzününtüsündən, yurd-yuva həsrətindən qurtararaq qalib xalqa çevirdi. Əlbəttə ki, bu şanlı qələbənin təməlində dayanan əsas amil son 29 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlikdir. Yəni Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin arxasında uzun illərin gərgin əməyi, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aparılan düşünülmüş və məqsədyönlü siyasət dayanırdı.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan həm siyasi, həm də iqtisadi müstəqilliyini tam təmin etməyi bacardı. Azərbaycanın iqtisadi müstəqilliyi və inkişafı ordu quruculuğu sahəsində genişmiqyaslı işlər həyata keçirməyə və qüdrətli ordu qurmağa imkan verdi, ordumuz müsair silahlarla təmin edildi, şəxsi heyətin peşəkarlığı yüksək səviyyəyə qaldırıldı və ordumuz dünyanın 50 ən güclü orduları sırasına daxil oldu.

Güclü ordu, güclü iqtisadiyyat, döyüşə getmək üçün növbəyə düzülən vətənpərvər gənclər, öz Prezidenti ətrafında sıx birləşmiş xalq, beynəlxalq dəstək Vətən müharibəsində qələbəmizi təmin etdi, 30 illik işğala son qoydu və ərazi bütövlüyümüz bərpa edildi”, - deyə A.Həsənova vurğulayıb.

Deputat qeyd edib ki, təəssüflər olsun ki, 30 illik işğal xalqımıza böyük itkilər hesabına başa gəldi. “Bir milyondan artıq soydaşımız dogma yurdlarından didərgin düşdü, erməni vandalları işğal müddətində ərazilərimizi talan etdi, bütün infrastrukturu, yaşayış binalarını, sosial obyektləri, tarixi, mədəni və dini abidələrimizi məhv etdi, ekologiyaya qarşı terror törətdi. İşğaldan azad edildikdən sonra həmin ərazilərdə müşahidə edilən mənzərə ermənilərin hansı vandalizm təfəkkürünüə malik olduğunu açıq-aydın göstərdi. Bundan əlavə ermənilər ərazilərimizi minalarla çirkləndirib, müharibədən sonra da xalqımıza qarşı cinayətlərini davam etdirir”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, Azərbaycan azad edilmiş ərazilərdə genişmoqyaslı bərpa və qurucluq işləri həyata keçirir, yəni Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də göstərir.

“Bu gün həmin ərazilər yenidən qurulur, xalqımızın öz doğma torpaqlarına qayıtması üçün lazımı şərait yaradılır. Artıq Böyük qayıdışa start verilib, bir qrup əhali Zəngilanın ağalı gəndinə geri dönüb. Azərbaycan dövləti həmin əraziləri yenidən dirçəldəcək və o ərazilərdə həyat geri dönəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti