Beynəlxalq təşkilatların Azərbaycanda seçki prosesləri ilə bağlı tövsiyələrinin bir çoxu təcrübədə yerinə yetirilmir. Çünki onlar konkretlikdən məhrumdur və ümumiləşdirilmiş xarakter daşıyır. Trend in verdiyi məlumata görə, aprelin 28-də Azərbaycan prezidentinin İcra Aparatının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev "2005-ci il 6 noyabr seçkilərinin nəticələri və seçki hüququ və təcrübə məkanında əməkdaşlığın perspektivləri" mövzusunda dəyirmi masada bildirib.
Buna misal kimi Ş.Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2005-ci il 6 noyabr seçkilərinin yekunları üzrə son tövsiyəsini misal gətirib. "ATƏT DTİHB-in Seçki Məcəlləsi üzrə 9 tövsiyəsindən 7 implementasiyanın sadəcə olaraq yerinə yetirilməsi mümkün deyil. Tövsiyələr, ümumiyyətlə, yerinə yetirmək mümkün olması nəzərə alınaraq hazırlanmalıdır",- deyə o bildirib və belə təkliflərin konkretləşdirilərək növbəti təqdimatda Milli Məclisin müzakirəsinə verilməsi mümkün olmur.
"Bir çox beynəlxalq təşkilatlar Azərbaycana qarşı münasibətdə "polis" mövqeyindən çıxış etməyə cəhd edirlər. Daha doğrusu, həmin tövsiyələrdə tənqiddən başqa heç nə olmur. Nəticədə hər hansı bir konstruktiv təklif hazırlanmır", -deyə Ş.Əliyev bildirib.
Bununla yanaşı, prezident administrasiyasının nümayəndəsi yanaşması konstruktiv olan bir sıra təşkilatların adını çəkib. Onların arasında ilk növbədə, IFES və AŞ-nın Venesiya Komissiyasının adı çəkilir. "Bu strukturlarla bizdə ənənəvi sıx əlaqələr yaranıb və onların fəaliyyəti Azərbaycanda demokratik institutların yaranmasına kömək edir",- deyə Ş.Əliyev bildirib.
"Hər seçkidən sonra aşkarlanan hüquq pozuntuları, səhvlər təhlil edilir və bu da Seçki Məcəlləsində dəyişiklərin edilməsinə və bu səhvlərin bir daha təkrarlanmasının qarşısını almağa imkan verir", -deyə Ş.Əliyev bildirib. O qeyd edib ki, hazırkı aspektdə müəyyən çətinliklər mövcuddur. Onun sözlərinə görə, buna əyani misal kimi seçki komissiyaları üzvlərinin kifayət qədər peşəkar olmamasıdır.
"Əgər seçki komissiyalarının üzvləri öz işlərini daha peşəkar səviyyədə qura bilsələr, seçki prosesinin gedişində qeydə alınan hüquq pozuntularının əksəriyyətinə, demək olar ki, tamamilə yol verməmək olar"-deyə o əlavə edib.
Ş.Əliyev təəssüflə qeyd edib ki, komissiya üzvlərinin biliklərinin artırılması məqsədilə keçirilən treninqlər gözlənilən səmərəni vermir.
Onun sözlərinə görə, məhz beynəlxalq strukturların tövsiyələrinin ümumiləşdirilməməsi üzündən Azərbaycan hakimiyyəti Seçki Məcəlləsində dəyişikliklərin edilməsi üzrə konkret mövqe əldə edə bilmir.