...

Abid Şərifov: Xəzərdə quraşdırılan seysmik stansiyalar karbohidrogen yataqlarında geodinamik şəraiti qiymətləndirməyə imkan verəcək

Cəmiyyət Materials 8 Oktyabr 2012 12:12 (UTC +04:00)
Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılan dənizdibi seysmik stansiyalar karbohidrogen yataqlarında geodinamik şəraiti qiymətləndirməyə imkan verəcək.
Abid Şərifov: Xəzərdə quraşdırılan seysmik stansiyalar karbohidrogen yataqlarında geodinamik şəraiti qiymətləndirməyə imkan verəcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir M.Əliyev/

Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılan dənizdibi seysmik stansiyalar karbohidrogen yataqlarında geodinamik şəraiti qiymətləndirməyə imkan verəcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Azərbaycanda seysmik xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş "Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı" mövzusunda V beynəlxalq konfransda Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov bildirib.

"Respublika Seymoloji Xidmət Mərkəzində kompleks tədqiqatların aparılması və işin keyfiyyətinin yüksəldilməsi məqsədilə Xəzər dənizinin Azərbaycan sektorunda ilk dəfə olaraq dənizdibi seysmik stansiyaların quraşdırılmasına başlanılıb. Bu stansiyalar dənizdə baş verən zəlzələlərin daha dəqiq qeydiyyatını aparmaq, Xəzərin seysmikliyini, dərinlik quruluşunu, karbohidrogen yataqlarında geodinamik şəraiti qiymətləndirməyə imkan verəcək", - Şərifov deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan ərazisi seysmik baxımdan aktiv olduğundan, burada tarixən güclü zəlzələlər baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun rəhbəri Akif Əlizadə konfransda bildirib ki, Bakıda ilk seysmik müşahidələrin aparılmasına 1902-ci ildən Nobel qardaşları tərəfindən başlanılıb.

"Azərbaycan 110 il ərzində seymikliyin öyrənilməsində böyük yol keçib. Lakin hələ çox mühüm kompleks işlər irəlidədir", - o deyib.

Onun sözlərinə görə, artıq Azərbaycan ərazisinin seymik xəritəsi öyrənilib. "Azərbaycanda bu gün 30-dan artıq seymoloji stansiyalar fəaliyyət göstərir. Ölkə rəhbərliyi seysmoloji problemləri daim diqqət mərkəzində saxlayır", - o deyib. Əlizadə vurğulayıb ki, Azərbaycanda neft geniş hasil olunan yerlərdə hər hansı təhlükənin qarşısının alınması üçün dib seysmoloji monitorindlər aparılır, 3 yeni stansiyalar quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti