...

“Excelsior Hotel Baku”nun “Aura” Sağlamlıq Mərkəzində sərfəli idman məşqləri təklif edir (FOTO)

Cəmiyyət Materials 16 May 2013 11:56 (UTC +04:00)
Müasir dünyamızda günü hərəkətsiz şəkildə keçirmək, şəhər həyatının yaratdığı sıxıntılar insanlarda bir çox xəstəliklərin yaranmasına səbəb olub.
“Excelsior  Hotel Baku”nun “Aura” Sağlamlıq Mərkəzində sərfəli idman məşqləri təklif edir (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend/

Müasir dünyamızda günü hərəkətsiz şəkildə keçirmək, şəhər həyatının yaratdığı sıxıntılar insanlarda bir çox xəstəliklərin yaranmasına səbəb olub. Bu barədə çərşənbə axşamı "Ata Holding" tərəfindən yayılan məlujmatda bildirlir

Bu gün artıq çəkidən, psixi sarsıntıdan çoxları əziyyət çəkir. İnsanlar bu kimi xəstəliklərdən yaxa qurtarmaq üçün doğru olaraq idmanla məşğul olurlar. İdmanla müasir, elektron və diaqnoz qoyucu funksiyalara malik olan idman avadanlıqlarının köməyi ilə məşq etdikdə daha effektli olur. Sevindirici haldır ki, bu gün respublikamızda müasir idman kompleksləri, sağlamlıq mərkəzləri tikilib istifadəyə verilir. Belə mərkəzlərdən biri də "Excelsior Hotel Baku" hotelinin "Aura" Sağlamlıq və İstirahət Mərkəzidir.

"Aura" Sağlamlıq və İstirahət Mərkəzi respublikamızda 5+ ulduzlu "Excelsior Hotel Baku" mehmanxanasının nəzdində fəaliyyət göstərir. Bu sağlamlıq mərkəzinə idman zalı, üzgüçülük hovuzları və sauna daxildir. Burada Amerikanın "Technogym" firmasının müxtəlif növ müasir idman avadanlıqları idmansevərlərin istifadəsindədir. Zalda sinə, kürək, qol, ayaq və.s üçün nəzərdə tutulmuş trinajorların, müxtəlif ağırlıqda çəki daşlarının köməyi ilə bədəndə olan artıq çəkini azaltmaq və ürək əzələlərini möhkəmləndirmək mümkündür. Burada kök adamların rahat məşq etmələri üçün unikal trinajorlar mövcuddur. Hətta bu trinajorların bəzilərində məşq edərkən darıxmamaq üçün 30-dan artıq yerli və xarici televiziya kanallarını izləmək mümkündür. Həmçinin, idman zalında uzunluğu 120 metr olan dairəvi qaçış zolağı, tennis və aerobika otaqları mövcuddur. Mərkəzdə tennis həvəskarları stolüstü, həm də, açıq havada tennis oynaya bilərlər. "Aura" Sağlamlıq Mərkəzində boks və fitnes dərsləri də keçirilir. Üç qadın və iki kişi trenerlər aerobika, kalanektika, yoqa və pilatos məşqləri aparır. Aerobika məşqləri rəqs, addım və topla keçirilir. Ümumiyyətlə 15-65 yaş arası olanlar "Aura" sağlamlıq mərkəzində məşq edərək dincələ bilərlər. Sadəcə həmin mərkəzə gəlib üzv olmaq lazımdır. Üç, altı və bir illik üzvülük kartı əldə etdikdən sonra mərkəzin xidmətlərindən istifadə etmək olar.

Qeyd edək ki, müasir tipli idman zallarının mövcudluğu idmanın inkişafına təkan verir. Bunun nəticəsidir ki, ölkəmizdə idman sürətlə inkişaf edir və beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr qazanırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti