...

“Excelsior Hotel Baku”nun “Green House” restoranı dəniz məhsullarının yeni mətbəxini təklif edir (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2013 14:27 (UTC +04:00)
Daim müştərilərinin rahatlığının qayğısına qalan “Excelsior Hotel Baku” otelinin “Green House” restoranı öz qonaqlarına dəniz məhsullarının yeni mətbəxini təklif edir.
“Excelsior Hotel Baku”nun “Green House” restoranı dəniz məhsullarının yeni mətbəxini təklif edir (FOTO)

Azərbaycan, Bakı, 28 avqust /Trend /

Daim müştərilərinin rahatlığının qayğısına qalan "Excelsior Hotel Baku" hotelinin "Green House" restoranı öz qonaqlarına dəniz məhsullarının yeni mətbəxini təklif edir. Bu barədə Ata Holdingdən Trend-ə daxil olan məlumatda bildirilir.

Hotelin Marketinq və Satış Departamentinin direktoru Damla Bayık bildirdi ki, restoranda balıq və digər dəniz məhsullarından hazırlanmış qidalarda Aralıq və Egey dənizlərinin balıqlarından istifadə edilir. Qonaqlara Aralıq və Egey dənizlərinin təzə balıqlarından təxminən 20 növ Türk yeməkləri, məzələr və salatlar hazırlanır. Menyuya duzda, buğlamada və qrildə bişirilmiş balıqlar, balıq turşusu, lakerda, salatlar və s. dadlı yemək növləri daxil edilib. Qiymətlər, təxminən şəhərdə fəaliyyət göstərən digər balıq restoranlarında olduğu kimidir. Menyuda göstərilmiş yeməklər üçün qiymətlər 4 manatdan başlayır.

Bu yenilik "Green House" restoranına kulinariyanın şah əsərlərini çox xoş şəraitdə təklif etməklə, Türkiyədə balıq yeməyi xoşlayanların ən gözəl yeri olacaq. Daha geniş məlumat əldə etmək üçün "Excelsior Hotel Baku"nun "Green House" restoranının (012) 496 80 00 telefon nömrəsinə zəng edə bilərsiniz.

Əlavə edək ki, "Excelsior Hotel Baku" 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" Delüks, 9 "Duke" standart otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti