...

"Excelsior Hotel Baku"da Yeni il tədbiri keçiriləcək

Cəmiyyət Materials 12 Dekabr 2013 17:39 (UTC +04:00)
2013-cü il dekabrın 31-də "Excelsior Hotel Baku" hotelinin "Afurja" zalında "Yeni il" tədbiri keçiriləcək.
"Excelsior Hotel Baku"da Yeni il tədbiri keçiriləcək

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

2013-cü il dekabrın 31-də "Excelsior Hotel Baku" hotelinin "Afurja" zalında Yeni il tədbiri keçiriləcək.

"Ata Holding"dən cümə axşamı Trend-ə verilən məlumata görə, müğənni Mir Yusifin, Türkiyədən Haluk Ulu və onun orkestrinin ifa edəcəyi həzin, canlı müsiqi sədaları altında ləziz şam yeməyi, əyləncəli şou proqram, rəqslər, sehirbaz və lotoreya hər bir kəsdə yüksək Yeni il əhval ruhiyyəsi yaradacaq.

Yeni il tədbirində iştirak edən qonaqların "Excelsior Hotel Baku" hotelindən dəyərli hədiyyələr qazanmaq şansı olacaq. Şən və unudulmaz diskoteka səhərədək davam edəcək.

Biletlərin qiyməti 120 manatdan başlayır, qiymətə zəngin şam yeməyi və limitsiz içkilər daxildir. Qonaqlara bayram təklifi olaraq 90 manatdan başlayan qiymətlərlə "Excelsior Hotel Baku" hotelində qalmaq fürsəti təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti