...

YAP: Bəzi xarici və daxili dairələr dini amildən istifadə edərək Azərbaycanda müəyyən qarşıdurmalar yaratmağa cəhd edirlər

Cəmiyyət Materials 13 Mart 2014 17:48 (UTC +04:00)
"Təəssüf ki, bəzi xarici və daxili dairələr dini amildən istifadə edərək digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müəyyən qarşıdurmalar yaratmağa cəhd edirlər. Amma bu heç bir nəticə verməyib, verə də bilməz. Çünki dövlətimiz güclüdür, cəmiyyətimiz sağlam prinsiplərə söykənən cəmiyyətdir, əhalimizin dünyagörüşü, intellekti, mədəniyyəti, mentalı hər hansı bir formada dini amildən sui-istifadəyə şərait üçün zəmin yaratmır". Trend xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı hakim partiyanın rəsmi saytına müsahibəsində bildirib.
YAP: Bəzi xarici və daxili dairələr dini amildən istifadə edərək Azərbaycanda müəyyən qarşıdurmalar yaratmağa cəhd edirlər

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İzzət/

"Təəssüf ki, bəzi xarici və daxili dairələr dini amildən istifadə edərək digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müəyyən qarşıdurmalar yaratmağa cəhd edirlər. Amma bu heç bir nəticə verməyib, verə də bilməz. Çünki dövlətimiz güclüdür, cəmiyyətimiz sağlam prinsiplərə söykənən cəmiyyətdir, əhalimizin dünyagörüşü, intellekti, mədəniyyəti, mentalı hər hansı bir formada dini amildən sui-istifadəyə şərait üçün zəmin yaratmır". Trend xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı hakim partiyanın rəsmi saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, dünya ölkələrində dindən siyasi məqsədlər üçün istifadə cəhdi yeni deyil: "Müxtəlif zamanlarda dindən siyasi məqsədlər üçün istifadə cəhdləri olub. Yəni bütün dövrlərdə dinlərdən istifadə edərək siyasi prosesə təsir göstərmək istəyən dairələr olub və hazırda da var. İslam dini formalaşdıqdan, eyni zamanda, xristianlıq yaranandan sonra bu hallar olub. Tarixin müəyyən dövründə xristian dini dövlət idarəçiliyində hegemon rol oynamaqla, hətta bu hegemonluq kralların öz hakimiyyətlərinin təsdiqi üçün Roma Papasından xeyir-dua almaq həddinə belə gəlib çatmışdı. Bütövlküdə isə bütün ölkələrdə dinin dövlət idarəçiliyində iştirakının azaldılmasına çalışılıb. Amma bu gün hələ də tam dini idarəçiliyin olduğu ölkələrə rast gəlinir".

Millət vəkili bildirib ki, demokratik ölkələrdə din dövlətdən ayrılaraq din-dövlət münasibətləri qanunla tənzimlənir. Azərbaycan da demokratik dövlətdir və Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Konstitusiyada dövlətimizin əsasları müəyyənləşdirilib. Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar dövlətdir. Bu prinsiplərdən biri Azərbaycanın dünyəvi olmasını təsbit edir. Dövlətimizin dünyəviliyi ondan ibarətdir ki, qanunla insanların dini azadlığı və vicdan azadlığı təmin edilir. İnsanların öz dini ayinlərini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb. Müstəqil dövlətimizin quruculuğunda dinin cəmiyyətdə yeri və rolu tam şəkildə konstitusion yolla təminat altına alınıb.

M.Qurbanlı qeyd edib ki, ulu öndər Heydər Əliyevin dini məsələlərlə bağlı müəyyən etdiyi siyasət uğurla davam edir. Azərbaycanda dini tolerantlığın təminatında və dini adət-ənənələrimizin təbliğində Heydər Əliyev Fondu xüsusi rol oynamaqdadır: "Qeyd etmək istərdim ki, ölkəmizdə bəzi qrupların müxtəlif adlar, müxtəlif dini cərəyanlar adı altında fəaliyyəti cəmiyyət tərəfindən inkar edilərək heç bir dəstək almır. Ona görə də Azərbaycanda bu yöndə hansısa ciddi problemin olması gözlənilən deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti