...

"Excelsior Hotel & Spa Baku"da toyların keçirilməsi ilə bağlı təqdimat mərasimi olub (FOTO)

Cəmiyyət Materials 20 May 2014 13:20 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” hotelinin “Afurja” zalında və açıq havada hovuzun ətrafında toy mərasimlərinin keçirilməsi ilə bağlı 19 may 2014-cü il tarixində hotelin “Əlincə” zalında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təqdimat mərasimi keçirildi.
"Excelsior Hotel & Spa Baku"da toyların keçirilməsi ilə bağlı təqdimat mərasimi olub (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend/

"Excelsior Hotel & Spa Baku" hotelinin "Afurja" zalında və açıq havada hovuzun ətrafında toy mərasimlərinin keçirilməsi ilə bağlı 19 may 2014-cü il tarixində hotelin "Əlincə" zalında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təqdimat mərasimi keçirildi.

Tədbirdə hotelin Marketinq və Satış Departamentinin direktoru Damla Bayık və "AtaHolding" ASC-nin Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova iştirak etdilər.

Tədbirdə çıxış edən "Excelsior Hotel & Spa Baku" hotelinin Marketinq və Satış Departamentinin direktoru D.Bayık qonaqlara yeniliklər və toy mərasimləri üçün hotelin imkanları haqqında məlumat verdi. Ənənəyə sadiq qalaraq "Excelsior Hotel & Spa Baku" mərkəzinə müraciət etmək istəyənlər 250 nəfərlik "Afurja" zalında və yaxud 400-450 nəfərlik hovuz kənarında açıq havada toy mərasimlərini təşkil edə bilərlər. "Afurja" zalı Avropa standartlarına uyğun bütün lazımi şəraitlə təmin edilmişdir. Burada yüksək səviyyəli peşəkar aşpazlar xidmət göstərir. Hər iki məkanda toy keçirmək, şənliyi açıq havada hovuz kənarında davam etdirmək imkanı ilə hotel bir çox şadlıq saraylarını geridə qoyur. Misilsiz toy mərasimi, gərçək nağıl yalnız "Excelsior Hotel & Spa Baku" hotelində mümkündür.

Qonaqlar toy mərasimini proyektor vasitəsilə böyük ekrandan izləyə bilirlər. Damla xanım qeyd etdi ki, toy mərasimin təşkilini bu işlə məşğul olan şirkətlərə də həvalə etmək olar. Hotelin belə şirkətlərlə xüsusi razılaşması var. Qiymətlər, demək olar, paytaxtımızın orta səviyyədə yaşayan sakinlərinin imkanlarına uyğundur. Ənənəvi milli mətbəx bir nəfərə 50, Avropa mətbəxi isə 80 manatdan başlayır. Toy menyusu sifariş edənlərə hotel mərtəbəli tort hədiyyə edir. Mərasim qonaqları ödənişsiz parkinqlə təmin edilir və uzaq yoldan gəlmiş qonaqlara qrup şəklində hoteldə endirimlə gecələmək imkanı verilir. Əlavə olaraq, yeni evlilər və onların valideynləri toydan əvvəl və sonra "Aura Spa" mərkəzinə gələ bilərlər. "Aura" Sağlamlıq mərkəzində həm kişilər, həm də qadınlar müxtəlif spa prosedurlarını qəbul edə, hovuzda üzərək, trenajor və skvoş zallarında məşğul olaraq səhhətlərini möhkəmləndirə bilərlər.

"Excelsior Hotel & Spa Baku" hotelində toy keçirmək doğru seçim olmaqla yanaşı, gözəl zövqün göstəricisidir. Bu, ənənələrlə müasirliyin qovuşması, gənclərin və toy təşkilatçılarının arzularının gərçəkləşməsidir. Qonaqlar müxtəlif çeşidli milli və Avropa yeməklərindən, musiqili proqramdan həzz alacaqlar. Sözsüz ki, həyatınızın ən mühüm günü qeyri-ənənəvi şəkildə keçərsə, daha da yaddaqalan olacaq. Bundan əlavə, qaranlıqda səmaya buraxılan fişənglər təntənəli mərasimə müstəsnalıq qatacaq. "Excelsior Hotel & Spa Baku" hotelində keçirilən toylardan çəkilmiş fotolar və müvafiq məqalələr "Wedding Azərbaycan" jurnalında dərc olunacaq.

Ətraflı məlumat üçün "Excelsior Hotel & Spa Baku"nun 496-80-00 telefon nömrəsi ilə əlaqə saxlamq mümkündür.

"Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Hotel 1 "İmperial" - lyuks, "Royal" - lyuks, 4 "Crown" - lyuks, 45 "Heritage" - deluks, 9 "Duke" - standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti