...

"Excelsior Hotel Baku" hotelində "Baku Moda Gecəsi 2014" adlı tədbir keçiriləcək

Cəmiyyət Materials 1 Sentyabr 2014 10:31 (UTC +04:00)
13 sentyabr 2014-cü il tarixində “Excelsior Hotel Baku” otelində açıq hovuzun ətrafında “Baku Moda Gecəsi 2014” tədbiri keçiriləcək.
"Excelsior Hotel Baku" hotelində "Baku Moda Gecəsi 2014" adlı tədbir  keçiriləcək

Azərbaycan, Bakı, 1 sentyabr /Trend

13 sentyabr 2014-cü il tarixində "Excelsior Hotel Baku" otelində açıq hovuzun ətrafında "Baku Moda Gecəsi 2014" tədbiri keçiriləcək.

Trend xəbər verir ki, "Ata Holding"in bazar ertəsi yaydığı məlumata görə, tədbirdə modelyer Zümrüd Mirzəliyevanın "Ziyafət geyimləri" Pred-a-Porte", Hökümə Hacıyevanın "Payız-qış 2014" kolleksiyası, Günel Beybutovamın "Çimərlik geyimləri" və Ukrayna dizayneri Svetlana Dmitrienkanın "Kruiz 2014" kolleksiyaları nümayiş olunacaq. Fasilə zamanı Diana Hacıyeva mahnılar ifa edəcək.

Bilet əldə etmək üçün "Excelsior Hotel Baku" oteli 496 80 00 nömrəsi ilə əlaqə saxlamaq mümkündür. Biletlərin qiyməti 10, 20 və 30 AZN təşkil edir.

Qeyd edək ki, "Excelsior Hotel Baku" oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti