...

"Aura" sağlamlıq mərkəzində "Açıq qapı" günü keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2014 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

14 oktyabr 2014-cü il tarixində "Excelsior Hotel Baku"nun "Aura" sağlamlıq mərkəzində jurnalistlər və ictimaiyyət nümayəndələri üçün "Açıq qapı" günü keçirilib, tədbir zamanı yoqa, aerobika və kallanetika üzrə nümunəvi çıxışlar təqdim edilib.

Tanıtım ekskursiyasının gedişində qonaqlar "Aura" sağlamlıq mərkəzində quraşdırılmış idman avadanlıqları ilə ətraflı tanış olmuşlar. Sonra "Aura" sağlamlıq mərkəzinin kallanetika üzrə məşqçisi Nailə Çançalaşvilli idman dərslərindən bir sıra hərəkətlər nümayiş etdirmişdir. Bundan başqa, iştirakçılara məşqçinin məsləhətləri ilə məşğələlərdə iştirak etmək imkanı verilmişdir.

"Aura" Sağlamlıq mərkəzinin meneceri Şahin Qədimov sağlamlıq mərkəzinin kişilər və qadınlar üçün nəzərdə tutulmuş ayrı-ayrı zallarında keçirilən məşğələlər haqqında ətraflı danışmışdır. O, qeyd etmişdir ki, məşqçilərdən ibarət peşəkar komanda hər kəs üçün fərdi olaraq məşq proqramı işləyib hazırlamağa kömək edir.

Sağlamlıq mərkəzinə idman zalı, üzgüçülük hovuzları və sauna daxildir. Burada Amerikanın "Technogym" firmasının müxtəlif növ müasir idman avadanlıqları idmansevərlərin istifadəsindədir. Zalda sinə, kürək, qol, ayaq və.s üçün nəzərdə tutulmuş trinajorların, müxtəlif ağırlıqda çəki daşlarının köməyi ilə bədəndə olan artıq çəkini azaltmaq və ürək əzələlərini möhkəmləndirmək mümkündür. Hətta bu trinajorların bəzilərində məşq edərkən darıxmamaq üçün 30-dan artıq yerli və xarici televiziya kanallarını izləmək və internetə daxil olmaq mümkündür. Həmçinin, idman zalında uzunluğu 120 metr olan dairəvi qaçış zolağı, tennis və aerobika otaqları mövcuddur. Mərkəzdə tennis həvəskarları stolüstü, həm də, açıq havada tennis oynaya bilərlər.

"Aura" sağlamlıq mərkəzində boks və fitnes dərsləri də keçirilir. Peşəkar məşqçilər aerobika, kalanektika, yoqa, pilatos, boks, stolüstü tennis, skvoş, və böyük tennis məşqləri aparır. Aerobika məşqləri rəqs, addım və topla keçirilir. Ümumiyyətlə 15-65 yaş arası olanlar "Aura" sağlamlıq mərkəzində məşq edərək dincələ bilərlər. Sadəcə həmin mərkəzə gəlib üzv olmaq lazımdır. Üç, altı və bir illik üzvülük kartı əldə etdikdən sonra mərkəzin xidmətlərindən istifadə etmək olar.

"Aura" sağlamlıq mərkəzi qadınlar üçün xüsusi təklif həftə içi səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edir. Təklifə fitnes mərkəzindən, açıq və qapalı hovuzdan, sauna, buxar və cakkuzidən, açıq havada tennis və skvoş zallarından istifadə daxildir. Qadınlar üçün bir aylıq abunə 175 AZN, 6 aylıq abunə 750 AZN və 1 illik abunə 1175 AZN təşkil edir. "Excelsior Hotel Baku" hotelinə 496 78 02 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti