...

"Excelsior Hotel Baku": Sevinmək, əylənmək, dincəlmək hər kəsin haqqıdır

Cəmiyyət Materials 17 Oktyabr 2014 18:26 (UTC +04:00)
“Excelsior Hotel Baku” hotelinin Qida və içki departamentinin direktoru Mehmet Ayanın müsahibəsi
"Excelsior Hotel Baku": Sevinmək, əylənmək, dincəlmək hər kəsin haqqıdır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

"Excelsior Hotel Baku" hotelinin Qida və içki departamentinin direktoru Mehmet Ayanın müsahibəsi

Azərbaycanda hotellərin sayı çoxdur. Əksəriyyəti öz müştərilərinə yüksək səviyyədə xidmət etməyə çalışır, çünki bu onların arasında qazanc rəqabətidir. Qonağımız "Excelsior Hotel Baku" hotelinin Qida və içki departamentinin direktoru Mehmet bəy Ayandır.

- Mehmet bəy, söhbətdən əvvəl hotelinizi gəzib yaxından araşdırmağımıza yardımçı olduğunuz üçün təşəkkür edirik. Gördüklərimiz həqiqətən də təqdirəlayiqdir.

- Mən də sizə səmimi sözləriniz üçün öz razılığımı bildirirəm. Müştərilərimizə hər zaman yüksək səviyyədə xidmət etməyə hazırıq. Siz jurnalistlərin qəfil gəlişi və gördükləriniz, məncə, sözlərimə sübutdur.

- Doğrudur, Mehmet bəy. Qarşıdan gələn bayramlar yaxınlaşır. Yeni il gecəsi, Novruz bayramı... Hotelinizdə bayram əhvali-ruhiyyəli tədbirlər olacaqmı? Olacaqsa, müştərilərinizi nə kimi sürprizlər gözləyəcək?

- Əlbəttə olacaq. Keçən il də gözəl bir Yeni il şənliyi təşkil etdik. Hotelimizə gələn hər bir müştəri bizdən çox məmnun qaldı. Hətta gözlədiyimizdən də uğurlu alındı. Salonumuzda 250 nəfərlik yer tamamilə müştərilərlə doldu. Builki bayramlar da təbii ki, belə olacaq. İlk növbədə yeni ilə hazırlaşacağıq. 6 cür menyumuz, canlı musiqili tədbirimiz, müştərilərimizə müxtəlif sürprizlər, hədiyyələrimiz olacaq. Eyni zamanda, başqa hotellərə nisbətən həmin ərəfədə qiymətləri aşağı salmağı düşünürük. Bizim üçün birinci yerdə insanları məmnun etmək, müştərilərə gözəl xidmət etməkdir. Belə edəcəyik ki, imkanı olan da, olmayan da hotelimizə gələ bilsin. Sevinmək, əylənmək, dincəlmək hər kəsin haqqıdır.

- Dəvət edəcəyiniz sənətçilər xarici, yoxsa yerli müğənnilər olacaq?

- Azərbaycan sənətçilərini dəvət etməyi düşünürük. Ümumiyyətlə, biz hoteldə Azərbaycan mədəniyyətini, yeməklərini nümayiş etdirməyə üstünlük veririk. Hotelə daha çox xarici müştərilər gəlir, onlara milli mədəniyyəti, milli mətbəxi tanıtmaq borcumuzdur.

- Deyəsən, Yeni il tədbirinə indidən hazırlaşırsınız.

- Bəli, hətta menyu işlərimiz artıq bitib. Uşaqlar üçün də xüsusi şənlik hazırlamağı düşünürük. Bu, açıq bufet şəklində olacaq. Onlar üçün əyləncə, sürprizlər də olacaq. Qiymətlər münasib olacaq. Sevgililər günündə, 8 Mart - Qadınlar bayramında da xüsusi və fərqli tədbirlərimiz olacaq.

- Yayda daha çox restoranınızda ləzzətli qril sezonu idi. İndi havalar soyuyub, qril yenə olacaqmı?

- Yenə olacaq. Amma mövsümə uyğun olaraq qış ayı daha çox balıq yeməklərinə üstünlük veriləcək. O biri restoranımızda isə ənənəvi menyular davam edəcək. Menyu 12 ayı əhatə etdiyi üçün bəzən mövsümə uyğun olaraq bəzi yeməkləri başqaları ilə əvəz edirik.

- Hotelinizin aşpazı Durmuş bəyin şöhrəti bütün Azərbaycana yaylıb. Həqiqətən də çox gözəl və məharətli bir ustanız var.

- Doğrudur, Durmuş bəyi Türkiyədən hotelimizə çalışmağa dəvət etdik. Çox dəyərli bir aşpazdır. Yeməklərindən hotelimizdə dadan hər kəs məmnundur.

- Hotelinizdə şirkətlərin tədbirləri, ad günləri və s. də keçirilirmi?

- Bəli, olur. Bir çox şirkətlər korporativ tədbirlərini hotelimizdə keçirir. Bu yaxınlarda "AtaSığorta" ASC10 illik yubileyini "Excelsior Hotel Baku" hotelində keçirdi. Bundan başqa, toylar, nişanlar, kokteyllər, iş yeməkləri də xüsusi zövqlə tərtib olunur. Həmçinin oteldən kənar da xidmət edirik. Yəni iş toplantılarına, tədbirlərə ləzzətli, təzə və gözəl yeməklər göndəririk. Müxtəlif şəraitdə xidmət göstəririk.

- Barınız bütün günü açıq olur?

- Saat 16-dan gecə saat 2-3-dək açıq olur. Hər gün saat 18:00 ilə 20:00 arası barda xüsusi aksiya keçirilir. Barda bir içki içənə ikincisi pulsuz verilir. Bu bizim kampaniyamızdır. Amerikan barı üslubundadır. Burada maraqlı, ləzzətli, fərqli reseptli kokteyllərimiz də var.

- Siz tort sifarişi də qəbul edirsinizmi?

- Bəli, tort sifarişləri də olur. Bir gün əvvəldən sifariş qəbul olunur. 10-100 nəfərlik.

- Bir çox hotellərdə vegetarian menyusu yoxdur, bəs sizdə?

- Bizi başqa hotellərdən fərqləndirən bir cəhət də vegetarian menyusunun olmasıdır. Tərəvəz qrili, vegetarian pizzası və s. Müxtəlif ölkələrin yeməklərindən ibarət mətbəx günləri də təşkil etməyi planlaşdırırq. Amma bəzi qida məhsulları var ki, burada tapmaq çətindir.

- Bəzi hotellər maşınların parklanması üçün pul alır. Sizin hoteldə parklama pulludurmu?

- Əsla yox. Burada pulsuzdur.

- Mehmet bəy, maraqlı söhbətiniz üçün təşəkkür edirik. Bu layiqli, təmiz və gözəl yerdə dincəlmək istəyən müştəriləriniz hər zaman bol olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti