...

"Excelsior Hotel Baku"da uşaqlar üçün Yeni il balı

Cəmiyyət Materials 8 Dekabr 2014 16:34 (UTC +04:00)
2015-ci il yanvarın 4-də “Excelsior Hotel Baku” hotelinin “Afurca” zalında uşaqlar üçün Yeni il balı keçiriləcək.
"Excelsior Hotel Baku"da uşaqlar üçün Yeni il balı

2015-ci il yanvarın 4-də "Excelsior Hotel Baku" hotelinin "Afurca" zalında uşaqlar üçün Yeni il balı keçiriləcək.

Proqramda ənənəvi Şaxta Baba və Qar Qızla yanaşı, uşaqlar sevimli nağıl personajları ilə də görüşəcəklər. Onların qarşısında Panda Kids şou-baleti, rəqs qrupu, illüzionist, Dj & Diskonun müşayiəti ilə interaktiv oyun proqramında müasir nağıl qəhrəmanları çıxış edəcək, sabun köpükləri şousu nümayiş etdiriləcək. Şou zamanı peşəkar xoreoqraf uşaqlara rəqs etməyi öyrədəcək, valideynlər üçün isə Fashion - moda nümayişi, Amerikadan gələn qonaqla eksklüziv Creative Show baş tutacaq.

Yeni il balının gedişində uşaqlar Panda Kidsdən, Elvan İstanbuldan, Creative TK kidsdən orijinal hədiyyələr və suvenirlər, pulsuz akvaqrim və pulsuz saç düzümü, valideynlər isə Panda Kids mağazasından endirim kuponları, Elvan İstanbuldan şirniyyat, Creative TK kidsdən isə bonus kartları əldə edəcəklər.

Biletləri almaq və sifariş etmək üçün (012) 511 10 82, (055) 976 11 55 nömrəli telefonlara, biletlərin pulsuz çatdırılması üçün (055) 976 11 55 nömrəli telefona zəng etmək lazımdır.

Sizi və uşaqlarınızı misli görünməmiş şou, nağıllar aləminə səyahət gözləyir.

Qeyd edək ki, "Excelsior Hotel Baku" hoteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Hotel 1 "İmperial" - lüks, "Royal"- lüks, 4 "Crown"- lüks, 45 "Heritage" - delüks, 9 "Düke" standart otaqlarından, konfrans zallarından, biznes mərkəzlərindən, restoranlardan, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti