...

"Excelsior Hotel Baku"da Yeni il gecəsi

Cəmiyyət Materials 11 Dekabr 2014 17:11 (UTC +04:00)
2014-cü il dekabrın 31-də “Excelsior Hotel Baku” hotelinin “Afurca” zalında Yeni il gecəsi keçiriləcək.
"Excelsior Hotel Baku"da Yeni il gecəsi

2014-cü il dekabrın 31-də "Excelsior Hotel Baku" hotelinin "Afurca" zalında Yeni il gecəsi keçiriləcək.

Proqramda populyar ifaçılar - Miri Yusif, Aysel Məmmədova, Hüseyn Abdullayev, yumor ustası Fərda, "Musiqili ekspress" orkestri, rəqqasə Kama, di-djeylər, sürprizlər, nəhəng rəqs meydançası və işıq-musiqi ahəngi şənliyə gələnləri səhərə qədər əyləndirəcək.

Yeni 2015-ci ili "Excelsior Hotel Baku" hotelinin "Afurca" banket zalında qarşılamaq, hər şeydən əvvəl, milli və Avropa mətbəxlərinin orijinal və nəfis yeməkləri, yerli ulduzların iştirakı və canlı musiqinin müşayiəti ilə atəşin şoudur. Bütün bunlar uzun müddətə xatirinizdə qalacaq əsl Yeni il bayramı atmosferi yaradacaq.

Bir nəfər üçün biletin qiyməti 120 manatdır, bura şam yeməyi və məhdudiyyətsiz içkilər daxildir. Bundan başqa, sifariş verilən menyu 99 manatdan yüksək olduqda, 2 nəfərlik otaqdan və səhər yeməyindən istifadə imkanı verilir.

Biletləri əldə etmək və yer sifariş etmək üçün "Excelsior Hotel Baku" hotelinə 012 496 80 00 nömrəli telefona zəng vura bilərsiniz.

Qeyd edək ki, "Excelsior Hotel & Spa Baku" 2005-ci il avqust ayından fəaliyyət göstərir. Hotel 1 "İmperial" - lüks, "Royal" - lüks, 4 "Crown" - lüks, 45 "Heritage" - delüks, 9 "Düke" standart otaqlarından, konfrans zallarından, biznes mərkəzlərindən, restoranlardan, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti