...

"Excelsior Hotel Baku" oteli marketinq və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirəcək

Cəmiyyət Materials 26 Fevral 2015 14:26 (UTC +04:00)
Korporativ Sosial Məsuliyyət çərçivəsində “Excelsior Hotel Baku” ali məktəblərin yuxarı kurs tələbələrinə ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirməyi planlaşdırır.
"Excelsior  Hotel  Baku" oteli  marketinq və ictimaiyyətlə əlaqələr
mövzusunda təlim  keçirəcək

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Korporativ Sosial Məsuliyyət çərçivəsində "Excelsior Hotel Baku" ali məktəblərin yuxarı kurs tələbələrinə ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirməyi planlaşdırır.

"AtaHolding" ASC-dən Trend-ə verilən məlumata görə, təlimin keçirilməsi 4 aprel 2015-cü il tarixində "Excelsior Hotel Baku" otelinin biznes-mərkəzində nəzərdə tutulur. Təlimdə iştirak etmək istəyən şəxslər [email protected] elektron ünvanına məktub yazaraq müraciət edə bilərlər. Məktubda şəxsi məlumat və təhsil müəssisəsinin adı qeyd olunmaqla tələbə biletinin/qiymət kitabçasının skan olunmuş versiyası əlavə edilməlidir.

Təlim "AtaHolding" şirkətinin Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova tərəfindən keçiriləcək. Təlim əsasında Dilarə Zamanova öz növbəsində şirkətin müsbət nüfuzunun effektiv Ictimaiyyətlə Əlaqələr işinin qurulması əsasında təmin edilməsi üzrə əsas metod və texnologiyalardan bəhs edəcək.

"Excelsior Hotel Baku" otelində bir "İmperial" lyuks, 2 "Royal" lyuks, 45 "Heritage"-standart, 9 "Duke"- kiçik nömrə, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və digər obyektlər fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti