...

"Excelsior Hotel Baku" mətbuatdakı məlumatların sayına görə birinci yerə çıxdı

Cəmiyyət Materials 2 May 2016 15:28 (UTC +04:00)
“Excelsior Hotel Baku” mətbuatda haqqında işıqlandırılan məlumatların sayına görə birinci yerə çıxıb
"Excelsior Hotel Baku" mətbuatdakı məlumatların sayına görə birinci yerə çıxdı

Bakı. Trend:

"Media Consulting & Services" şirkəti 2016-cı ilin aprel ayında mətbuatda ən çox xatırlanan hotellərin adlarını açıqlayıb.

Şirkətin apardığı araşdırmalara əsasən "Excelsior Hotel Baku" hoteli aprel ayında mətbuatda haqqında işıqlandırılan məlumatların sayına görə birinci yerə çıxıb. Aprel ayında "Excelsior Hotel Baku" hotelinin fəaliyyəti ilə bağlı mətbuatda 113 məlumat yayılıb.

Qeyd edək ki, "Excelsior Hotel Baku" hoteli 2016-cı ilin fevral ayında da mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxmışdı. Media monitorinq 10 televiziya, 35 çap və 170 onlayn media daxil olmaqla 215-dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb.

"AtaHolding" ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova bildirib: "Əldə etdiyimiz uğuru ictimaiyyətlə və müştərilərlə düzgün qurduğumuz işin nəticəsi kimi qiymətləndiririk. Biz "Excelsior Hotel Baku" hotelinin fəaliyyəti, xidmətləri və yenilikləri haqqında məlumatların ictimaiyyətə açıqlanmasına böyük önəm veririk".

"Excelsior Hotel Baku" hoteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Hoteldə 1 "İmperial" kral otağı, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçini, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti