...

İƏT konfransında Azərbaycan təcrübəsi üzv ölkələrə tövsiyə olunub (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2016 10:58 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev nümayəndə heyətinin tərkibində İslam Əməkdaşlığı təşkilatına üzv ölkələrin "Gənclər və İdman Nazirlərinin III Konfransı"nda iştirak edir.
İƏT konfransında Azərbaycan təcrübəsi üzv ölkələrə tövsiyə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev nümayəndə heyətinin tərkibində İslam Əməkdaşlığı təşkilatına üzv ölkələrin "Gənclər və İdman Nazirlərinin III Konfransı"nda iştirak edir. Bu barədə Trend-ə Fonddan məlumat verilib.

Konfransın əsas mövzusu “Sülh, həmrəylik və inkişaf naminə gənclərin gücləndirilməsi”dir.
Konfransda islam ölkələrinin gənclər və idman nazirləri, digər hökumət və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov başçılıq edir. 5 oktyabr nazirlər konfransından öncə yüksək səviyyəli məmurların toplantısı keçirilib. F.Hacıyev ölkəmizdə keçirilən gənclər və idman siyasətindən və bu sahədə olan uğurlu təcrübələrdən danışıb, eləcə də ölkəmizin maraqlarına uyğun strategiyalara dair mövqe bildirib.

Toplantıda nazirlər şurası üçün hazırlanmış sənədlər, o cümlədən islam ölkələrində həyata keçiriləcək gənclər və idman strategiyaları, nazirlər şurasının yeni sturkturları və digər məsələlər müzakirə edilib. Qəbul olunan sənədlərdə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” Dövlət Proqramı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması uğurlu təcrübəsi qeyd olunub və onun tətbiq edilməsi üzv ölkələrə tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti