...

"Excelsior Hotel & Spa Baku"da uşaqlar üçün Yeni il şənliyi keçiriləcək

Cəmiyyət Materials 14 Dekabr 2016 14:24 (UTC +04:00)
"Excelsior Hotel & Spa Baku" hotelində uşaqlar üçün Yeni il şənliyi keçiriləcək.
"Excelsior Hotel & Spa Baku"da uşaqlar üçün Yeni il şənliyi keçiriləcək

Bakı. Trend:

"Excelsior Hotel & Spa Baku" hotelində uşaqlar üçün Yeni il şənliyi keçiriləcək.

25 dekabr 2016-cı il tarixində saat 11.00-da “Excelsior Hotel & Spa Baku” hotelinin “Afurja” zalında uşaqlar üçün unudulmaz Yeni il şənliyi keçiriləcək. Şənlikdə uşaqlar al-əlvan şam ağacının ətrafında toplaşaraq Şaxta baba, Qar qız ilə əyləncəli vaxt keçirəcəklər. Şənlikdə uşaqların əyləncəsinə sehrbaz şousu rəng qatacaq. Uşaqlar nağıl qəhrəmanları ilə görüşəcək və Şaxta babadan Yeni il hədiyyələri alacaqlar.

Biletin qiyməti 40 AZN təşkil edir. Biletin qiymətinə uşaqlar üçün hədiyyə daxildir. İkinci uşaq üçün bilet 35 AZN təşkil edir.

Bilet almaq üçün “Excelsior Hotel & Spa Baku” hotelinə 496 80 00/ 050 235 35 14 telefon nömrəsinə zəng vuraraq sifariş etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti