...

Fərhad Hacıyev 2-ci Avropa Oyunlarına həsr olunnmuş görüşdə iştirak edib

Cəmiyyət Materials 15 Aprel 2017 10:57
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Belarus Respublikasında keçiriləcək 2-ci Avropa Oyunlarının hazırlıqlarına həsr olunmuş görüşdə iştirak edib.
Fərhad Hacıyev 2-ci Avropa Oyunlarına həsr olunnmuş görüşdə iştirak edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Belarus Respublikasında keçiriləcək 2-ci Avropa Oyunlarının hazırlıqlarına həsr olunmuş görüşdə iştirak edib.

Gənclər Fondundan Trend-ə verilən məlumata görə, görüşdə, eyni zamanda, Belarusiyanın Prezident administrasiyası rəhbərinin birinci müavini, Təhsil və İdman nazirləri, Belarusiya Gənclər İttifaqının sədri və digər rəsmi şəxslər iştirak edib.

F.Hacıyev Birinci Avropa Oyunlarına hazırlıq prosesi haqqında danışıb, bu Oyunların hazırlığında bütün ölkənin səfərbər olduğu haqqında geniş məlumat verib.

F.Hacıyev bununla yanaşı, cəlb olun insan resurslarından, o cümlədən könüllülər və mütəxəssislərdən danışıb, könüllülərin hazırlıq prosesi haqqında ətraflı çıxış edib. Görüşdə iştirak edən Belarusiya idmançıları, Olimpiya komitəsinin və İdman və turizm nazirliyinin rəhbərləri Bakıda keçirilən Birinci Avropa Oyunlarının ən yüksən dünya standartlarına uyğun keçirildiyini və hal-hazırda Belarusiyanın bu təcrübə ilə yaxından tanış olduqlarının dəfələrlə vurğulayıblar.

Çıxışdan sonra sual cavab sessiyasında Belarusiya tərəfini maraqlandıran suallara ətraflı cavab verib. Eyni zamanda, F.Hacıyev Belarusiyann mərkəzi kanalına, paytaxt kanalına və digər mətbu orqanlara müsahibə verib.

Görüşün sonunda Birinci Avropa Oyunlarına həsr olunmuş video çarx yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti