...

"Excelsior Hotel & Spa Baku"da “Musiqi bayramı" (FOTO)

Cəmiyyət Materials 30 İyun 2017 11:20 (UTC +04:00)
İyunun 29-da “Excelsior Hotel & Spa Baku” hotelində “Musiqi bayramı-2” tədbiri keçirilib.
"Excelsior Hotel & Spa Baku"da “Musiqi bayramı" (FOTO)

Bakı. Trend:

İyunun 29-da “Excelsior Hotel & Spa Baku” hotelində “Musiqi bayramı-2” tədbiri keçirilib.

Musiqi konsertində “Excelsior Hotel & Spa Baku” hotelinin HR meneceri Kamran Rzayev, uzun müddət “AtaTravel” MMC-nin əməkdaşı olan Araz Hümbətli və hotelin stajoru Rəşid Əliyev Azərbaycan və xarici dillərdə mahnılar ifa ediblər.

Qonaqlar böyük həvəslə tədbirdə səslənən “Sənə də qalmaz”, “Love Story”, “Better Together”, “So Beautiful”, “Hotel California”, “How deep is your Love” və bir çox nəsillər tərəfindən sevilən populyar kompozisiyaları dinləyiblər. Tamaşaçılar ifaçıları dəfələrlə səhnəyə dəvət edib və onlara gül dəstələri təqdim ediblər.

“AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova qeyd edib ki, tədbir holdinqin daxili kommunikasiya planına uyğun olaraq keçirilib: "İkinci dəfə keçirilən “Musiqi bayramı” əvvəlki tədbirdə olduğu kimi mahnıların canlı ifası atmosferində böyük uğurla keçib”.

“Excelsior Hotel & Spa Baku” hoteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” hoteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti