...

"Excelsior Hotel & Spa Baku" iyunda birinci yerə çıxdı

Cəmiyyət Materials 4 İyul 2017 10:44 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” hoteli iyunda mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb.
"Excelsior Hotel & Spa Baku" iyunda birinci yerə çıxdı

Bakı. Trend:

“Excelsior Hotel & Spa Baku” hoteli iyunda mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb.

“Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə hotelin fəaliyyəti ilə bağlı mətbuatda 135 məlumat işıqlanıb. “Excelsior Hotel & Spa Baku” hotelinin fəaliyyəti ilə bağlı iyunda mətbuatda 5 press-reliz dərc olunub.

"Media Consulting & Services" şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla 565-dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb.

“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, cari ilin iyun ayında hotelin təşkilatçılığı ilə “Baku Fashion Club”ın təqdimatı və “Musiqi bayramı 2” tədbirləri keçirilib. İyulda “Excelsior Hotel & Spa Baku” hoteli açıq hovuz ətrafında ənənəvi yay tədbiri, “AtaHolding” Şirkətlər Qrupunun PR sahəsində 6 aylıq hesabatının təqdimatı keçiriləcək.

“Excelsior Hotel & Spa Baku” hoteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti