...

Bu günlərdə "Excelsior Hotel & Spa Baku" hotelində "Summer Party" keçirilib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2017 10:24 (UTC +04:00)
Bu günlərdə "Excelsior Hotel & Spa Baku" hotelində “Summer Party” keçirilib.
Bu günlərdə "Excelsior Hotel & Spa Baku" hotelində "Summer Party" keçirilib (FOTO)

Bakı. Trend:

Bu günlərdə "Excelsior Hotel & Spa Baku" hotelində “Summer Party” keçirilib.

Gecənin ən parlaq incilərindən biri populyar Azərbaycan dizayneri Gülüm Əsədullayevanın yeni yay kolleksiyasının təqdimat mərasimi olub. Nümayiş BFC-nin (Baku Fashion Club) dəstəyi ilə təşkil olunub.

Gülümün işləri həmişə qadın bədəninin bütün gözəlliklərini vurğulayan ideal xətlərlə seçilir. "Baku Fashion Night" layihəsinin daimi iştirakçısı olan dizayner, həmçinin "Most Stylish One", "Baku Fashion Week" layihəsində iştirak edib.

Gecədə media nümayəndələri də iştirak edib, onların arasında Azərbaycanın əməkdar artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva, populyar müğənni Miri Yusif, Milli Geyim Mərkəzi və Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və bir çox başqaları da olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti