Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda tələbələrə Vergilər Nazirliyində istehsalat təcrübəsi keçmək imkanı yaradılacaq.
Trend-in məlumatına görə, bu barədə bu gün Vergilər və Təhsil nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında memorandumda nəzərdə tutulur.
Sənədi vergilər nazirinin müavini Sahib Ələkbərov və təhsil nazirinin müavini Firudun Qurbanov imzalayıblar.
Memorandumun imzalanması mərasimində "SABAH" qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, ali təhsil müəssisələrinin rektorları, nazirliklərin əməkdaşları, həmçinin tələbələr iştirak ediblər.