...

Nazir müavini: Azərbaycanda qadınların fermerliyə marağını təşviq etmək lazımdır

Cəmiyyət Materials 30 Oktyabr 2018 16:18 (UTC +04:00)

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanda qadınların fermerliyə marağını təşviq etmək lazımdır.

Trend-in məlumatına görə, bunu “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin (AMAL) təqdimatı mərasimində Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev deyib.

F.Hacıyev bu məsələnin prinsipial əhəmiyyət daşıdığını deyib:

“Azərbaycanda qadın fermerlərin sayının ildən-ilə artması üçün bütün şərtlərin yaradılması lazımdır”.

AMAL layihəsindən danışan nazir müavini əlavə edib ki, bu layihə kənd təsərrüfatı sahəsinə çoxlu sayda gənci cəlb etməyə imkan yaradacaq.

F.Hacıyevin sözlərinə görə, layihə gənclər siyasətinin möhkəmləndirilməsinə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti