...

Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsinin imtahan suallarının kənara sızması mümkün olmayacaq

Cəmiyyət Materials 7 Fevral 2020 12:07 (UTC +04:00)
“Yüksəliş” müsabiqəsində təqdim olunacaq imtahan suallarının kənara sızması mümkün olmayacaq.
Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsinin  imtahan suallarının kənara sızması  mümkün olmayacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

“Yüksəliş” müsabiqəsində təqdim olunacaq imtahan suallarının kənara sızması mümkün olmayacaq.

Trend-in məlumatına görə, bunu "Yüksəliş müsabiqəsi" ilə bağlı yaradılan işçi qrupunun rəhbəri, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev bildirib.

Onun sözlərinə görə, həmin suallar Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanacaq və onları tərtib edən müəllimlər imtahanın ilk mərhələsi olan onlayn mərhələ başa çatana qədər bunkerdə qalacaqlar.

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev qeyd edib ki, onlayn mərhələdə namizədin bir sualı cavablandırması üçün 30 saniyə ayrılacaq.

Namizəd bu müddət ərzində sualı cavablandırmırsa, sistem növbəti suala keçəcək: “Əgər iştirakçı həmin suala cavab tapmaq üçün başqa vasitədən istifadə edərsə, bu, əyani mərhələ zamanı məlum olacaq. Çünki əyani mərhələdə həmin suala uyğun suallar veriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti