...

İanələrin elektron qaydada ödənilməsi şəffaflığı artıracaq - Deputat

Cəmiyyət Materials 1 Fevral 2022 13:52 (UTC +04:00)
İanələrin elektron qaydada ödənilməsi şəffaflığı artıracaq - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Elə ziyarətgahlar var ki ora edilən ianələrin məbləği on minlərlə manatla ölçülür.

Trend-in məlumatına görə, bunu deputat Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.

O qeyd edib ki, ianələrin elektron qaydada ödənilməsi ilə bağlı yaradılan şərait məscidlərdə və ziyarətgahlarda şəffaflığı artıracaq, vətəndaşların ianələrlə bağlı narahatlığını aradan qaldıracaq.

Qeyd edək ki, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti