...

"Yuğ" teatrı premyeraya hazırlaşır

Cəmiyyət Materials 8 May 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /müx.Trendlife Eldar Hüseynzadə/İyunun sonlarında "Yuğ" teatrının səhnəsində yeni tamaşanın premyerası gözlənilir. Bu haqda Trendlife-a teatrın direktoru Tərlan Rəsulzadə xəbər verib.

O bildirib ki, tamaşalar "Mozalan " studiyasının direktoru Orxan Fikrətoğlunun yaradıcıdlığından nümunələr olacaq. Tamaşa "Taz" adlanır. Onu rejisor Vaqif İbrahimoğlu hazırlayır. Əsas rollarda isə Fərhad İsrafilov, Gülzar Qurbanova, Şahin Qəhrəman və başqaları iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti