...

Azərbaycanın FİFA referisi adına namizədləri dəyişdirildi

İdman Materials 8 Noyabr 2012 10:50 (UTC +04:00)
AFFA Hakimlər Komitəsi 2013-cü il üçün FİFA referisi adına Fariz Yusifov və Vüsal Əliyevin namizədliyini irəli sürməyib.
Azərbaycanın FİFA referisi adına namizədləri dəyişdirildi

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

AFFA Hakimlər Komitəsi 2013-cü il üçün FİFA referisi adına Fariz Yusifov və Vüsal Əliyevin namizədliyini irəli sürməyib. Onların yerinə gənc hakimlər Əliyar Ağayev və Rəhim Həsənovun adları salınıb. Bu barədə Trend-ə komitədən bildirilib.

Məlumata görə, Yusifov və Əliyevin siyahıya salınmamasına səbəb onların yaşlarının çoxluğu və ingilis dili bilikləri ilə bağlı problemlərinin olmasıdır.

UEFA Hakimlər Komitəsinin noyabrın sonlarında keçiriləcək iclasında azərbaycanlı yeni hakimlərin namizədliyinə baxılacaq. Əgər onların namizədliyi təsdiqlənsə, gələn ildən Əliyar Ağayev və Rəhim Həsənov FİFA referisi adını alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti