...

"Neftçi" və "Qarabağ"ın taleyi onların əlində

İdman Materials 14 Avqust 2014 18:01 (UTC +04:00)
UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan təmsilçilərinin keçirəcəyi qarşılaşmaların hakimləri bəlli olub.
"Neftçi" və "Qarabağ"ın taleyi onların əlində

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Qalib Mirzəzadə/

UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan təmsilçilərinin keçirəcəyi qarşılaşmaların hakimləri bəlli olub.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ" - "Tvente" (Hollandiya) oyununu

Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Manuel Qraf, onun köməkçiləri Holger Hensşel, Kristian Gittelmann, dördüncü hakim isə Guido Vinkmanndır.

Görüşün UEFA nümayəndəsi Dimitri Bokeria (Gürcüstan), hakim-inspektoru isə Jorn Vest Larsendir (Danimarka).

"Qarabağ"-"Tvente" matçı avqustun 21-də Bakı vaxtı ilə saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Həmin gün Bakı vaxtı ilə saat 23:15-də Belqradda keçiriləcək "Partizan" (Serbiya) - "Neftçi" görüşünü isə Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Hüseyin Göcek, baş hakimin köməkçiləri Mustafa Emre Eyisoy, Orkun Aktas, dördüncü hakim isə Süleyman Abay təyin olunub.

Oyunun UEFA nümayəndəsi Joao Morais (Portuqaliya), hakim-inspektoru isə Adrian D.Kaşadır (Malta).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti