...

Yeniyetmə güləşçilərimiz Rusiyada 9 medal qazanıb (FOTO)

İdman Materials 1 İyul 2015 14:35 (UTC +04:00)
Yeniyetmə güləşçilərimiz Krasnodarda 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Yeniyetmə güləşçilərimiz Rusiyada 9 medal qazanıb (FOTO)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlkin İzzət/

Yeniyetmə güləşçilərimiz Krasnodarda 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası Krasnodar Vilayətinin Qulkeviç şəhərində SSRİ idman ustası V.D.Vısotskinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri böyük məşqçi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında turnirdə iştirak ediblər.

Ümumilikdə 210 güləşçinin yarışdığı turniri yığmamızın üzvləri 4 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurublar. Qızıl medalları yığmamıza keçirdikləri bütün görüşləri qələbə ilə tamamlayan Şahin Muxtarov (42 kq), Fazil Həsənov (58 kq), Rəşad Yusifli (69 kq) və Ravil Babazadə (76 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Əliabbas Rzazadə (50 kq) gümüş medalla kifayətlənib.

Bürünc medalları isə Turan Bayramov (50 kq), Şahin Əlifzadə (54 kq), Orxan Abbasov (69 kq) və Rahid Həmidli (85 kq) əldə ediblər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti