Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib.
Trend-in məlumatına görə, "Qəbələ" Rusiyanın "Krasnodar" klubunun qonağı olub.
Oyuna meydan sahibləri fəal başlayıblar - 8-ci dəqiqədə Vanderson komandamızı məyus edib.
İkinci hissədə isə təmsilçilərimiz oyuna daha yaxşı kökləniblər və bunun məntiqi sonluğu kimi 51-ci dəqiqədə hesab bərabərləşib - Dodo fərqlənib.
74-cü dəqiqədə Rəşad Sadiqovun mükəmməl zərbəsi qapı çatına dəyib. Burada da "vurmayana vurarlar" prinsipi işə keçib - 84-cü dəqiqədə Smolov meydan sahiblərini yenidən önə keçirib - 2:1. Oyun bu hesabla da başa çatıb.
Beləliklə, "Qəbələ" 2 oyundan 1 xalla "C" qrupunda sonuncu sıradadır. 4 xallı "Dortmund" qrup lideridir.