...

"Krasnodar" "Qarabağ"ın futbolçusunu transfer etməyə yaxındır

İdman Materials 26 Dekabr 2022 05:31 (UTC +04:00)
"Krasnodar" "Qarabağ"ın futbolçusunu transfer etməyə yaxındır

Bakı. Trend:

Rusiyanın "Krasnodar" futbol klubu "Qarabağ" klubunun braziliyalı yarımmüdafiəçisi Kadi Borges Malinovskini transfer etmək üçün danışıqlar aparır.

Trend xəbər verir ki, bu barədə bazar günü "Sport24" portalı məlumat yayıb.

Məlumata əsasən, klublar 26 yaşlı oyunçunun transferi barədə razılaşma əldə etməyə yaxındırlar.

Futbolçunun Azərbaycan klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalı yarımmüdafiəçini1,2 milyon avroya qiymətləndirir.

Cari mövsümdə Kadi "Qarabağ"ın heyətində 31 matçda 8 qol vurub və 11 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti