...

"Ata Travel" Göyçaya Nar Festivalına tur təşkil edir

İqtisadiyyat Materials 10 Oktyabr 2016 10:34 (UTC +04:00)
“AtaTravel” MMC noyabrın 5-də Göyçaya Nar festivalına tur təşkil edir.
"Ata Travel" Göyçaya Nar Festivalına tur təşkil edir

Bakı. Trend:

“AtaTravel” MMC noyabrın 5-də Göyçaya Nar festivalına tur təşkil edir. Nar festivalı turunun qiyməti bir nəfər üçün 25 AZN-dir. Turun qiymətinə rahat nəqliyyat, səhər yeməyi, çay dəstgahı, tur rəhbəri və peşəkar fotoçəkiliş daxildir. 5 yaşadək uşaqların iştirakı pulsuzdur. 5 yaşdan yuxarı olan uşaqlar üçün turun tam qiyməti şamil edilir. Festivalın gedişində geniş konsert proqramı və müxtəlif əyləncələr keçiriləcək.

Bu barədə Trend-ə “AtaTravel”dən məlumat verilib.

Göyçay şəhəri Azərbaycanın mərkəzində, Şirvan düzünün şimalında, Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Bol bəhərli torpaqlar üzümçülük, ipəkçilik, heyvandarlıq və meyvəçilik sahələrində yüksək nəticələr əldə etməyə kömək edir. Amma Göyçay xüsusi olaraq bütün dünyaya öz narı ilə tanınmış və şöhrət tapmışdır.

Festivalın keçiriləcəyi yer şəhərin mərkəzində yerləşən nar yarmarkasıdır. Burada narın müxtəlif növləri ilə tanış olmaq, müxtəlif növ gözəl narlardan, narşərabdan və nar şirələrindən dadmaq mümkündür. Həmçinin, idmançıların, folklor və rəqs qruplarının çıxışlarını izləmək, mükafatlı müsabiqələrdə iştirak etmək də nəzərdə tutulur. Axşam isə festival şəhərin baş meydanında konsertlə yekunlaşacaq.

Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya 050 245 05 09 mobil telefonuna zəng vurun. “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti