...

"AtaTravel" Göygölə iki günlük tur təklif edir (FOTO)

İqtisadiyyat Materials 25 Aprel 2017 09:52 (UTC +04:00)
“AtaTravel” MMC Göygölə iki günlük tur təklif edir.
"AtaTravel" Göygölə iki günlük tur təklif edir (FOTO)

Bakı. Trend:

“AtaTravel” MMC 6-7 may 2017-ci il tarixlərində Mingəçevir, Gəncə və Göygölə iki günlük istirahət turu təklif edir.

MMC-dən Trend-ə verilən məlumata görə, bir nəfər üçün turun qiyməti 69 AZN təşkil edir. Qiymətə 5 ulduzlu Ağsaray otelində qalmaq, komfortlu nəqliyyat xidməti, iki dəfə səhər yeməyi, şirniyyatla çay süfrəsi, Kür çayında gəmi ilə gəzinti, balıq ovu, gəmidə samovar çayı və ekskursiyalar daxildir.

Proqrama Mingəçevirdə şəhər gəzintisi, Göygöl Milli Qoruğuna, Maralgöl Milli Qoruğuna və Gəncə İmamzadə Türbəsinə ekskursiyalar daxil edilib. Ağsaray otelinin xidmətlərinə fitnes, açıq-qapalı hovuz, Kür çayı sahilində açıq hava altında diskoteka daxildir. Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya (050) 245 05 09 mobil telefonuna zəng vurun.

"AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti