...

"Excelsior Hotel & Spa Baku"da açıq hovuzun yay mövsümü başlayır

İqtisadiyyat Materials 30 İyun 2017 17:54 (UTC +04:00)
“Excelsior Hotel Baku” oteli açıq hovuzun yay mövsümünü açıq elan edib.
"Excelsior Hotel & Spa Baku"da açıq hovuzun yay mövsümü başlayır

Bakı. Trend:

“Excelsior Hotel Baku” oteli açıq hovuzun yay mövsümünü açıq elan edib.

İsti yay günlərində uzağa gedərək dincəlmək imkanı olmayanlar üçün gözəl imkan olacaq. Açıq hovuzun kənarında böyüklərlə yanaşı, uşaqların da doyunca istirahət etməsi üçün hər cür şərait yaradılıb. Açıq hovuzun bir nəfər üçün giriş qiyməti həftə içi günlər 20 AZN və həftə sonu 30 AZN təşkil edir. 5 yaşa qədər uşaqlar pulsuzdur.

“Excelsior Hotel Baku” öz gözəlliyi, yüksək səviyyəli xidməti, peşəkar personalı və eyni zamanda, universal imkanları ilə fərqlənir. Otelin imkanlarından istıfadə etməklə burada gözəl istirahət etmək olar. Oteldə istirahət edən qonaqlar müasir restoranlarda dünya, Avropa və milli mətbəxin yeməklərindən dada bilərlər.

“Excelsior Hotel Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti