...

“AtaTravel” aksiya keçirir

İqtisadiyyat Materials 21 Avqust 2017 12:10 (UTC +04:00)
Bu gündən etibarən “AtaTravel” MMC-dən bilet və ya tur alan müştərilərə “Paris Gallery” mağazasından hədiyyə kuponu təqdim olunacaq.
“AtaTravel” aksiya keçirir

Bakı. Trend:

Bu gündən etibarən “AtaTravel” MMC-dən bilet və ya tur alan müştərilərə “Paris Gallery” mağazasından hədiyyə kuponu təqdim olunacaq.

Şirkətdən Trend-ə verilən məlumata görə, "AtaTravel” MMC müştərilərə yay mövsümündə ölkə daxilində və xaricində maraqlı turlar təklif edir.

“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev qeyd edib ki, şirkət ənənəvi turlarla yanaşı yay məzuniyyətləri dövrünü nəzərə alaraq, Azərbaycanın regionları üzrə gəzməli yerlərə qısamüddətli turlar hazırlayıb. Yeni maraqlı marşrutlar işlənib hazırlanıb, tur iştirakçıları yüksək servis xidməti və rahat şəraitlə təmin olunurlar.

“AtaTravel” MMC Azərbaycanda daxili turizmin inkişafı üçün bütün imkanlardan istifadə edir. Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya (050) 245 05 09 mobil telefonuna zəng vurun.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” MMC turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti