...

"AtaTravel" "Baku Travel Bazaar 2017"də iştirak edib (FOTO)

İqtisadiyyat Materials 15 Sentyabr 2017 09:29 (UTC +04:00)
"AtaTravel" MMC "Baku Travel Bazaar 2017" tədbirində iştirak edib.
"AtaTravel" "Baku Travel Bazaar 2017"də iştirak edib (FOTO)

Bakı. Trend:

14 sentyabr 2017-ci il tarixində "AtaTravel" MMC "Baku Travel Bazaar" tədbirində iştirak etdi.

MMC-dən Trend-ə verilən məlumata görə, tədbirin məqsədi iştirakçıları potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış etmək, daha sıx əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir.

"AtaTravel" MMC-nin tur operatoru Rəvan Əhmədov tədbirlə bağlı bildirib ki, tədbirdə "Raffles Seychelles", "Consul Travel Service", "Conrad İstanbul Bosphorus", "Gural Premier Hotels & Resorts", "Megeve Tourism", The Ritz-Carlton Dubai" və digər şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti