...

“Motivasiyalı işçi” təlimi keçirildi

İqtisadiyyat Materials 4 İyun 2018 09:58 (UTC +04:00)
“AtaTravel” MMC-nin kollektivi üçün “Motivasiyalı işçi” təlimi keçirilib.
“Motivasiyalı işçi” təlimi keçirildi

Bakı. Trend:

“AtaTravel” MMC-nin kollektivi üçün “Motivasiyalı işçi” təlimi keçirilib.

MMC-dən Trend-ə verilən məlumata görə, təlimi “Opalus Partners” şirkətinin rəhbəri Çimnaz Qasımova keçirib.

Təlimdə uğurun sirrləri, iş yerində motivasiyalı olmaq və qarşıya çıxan çətinlikləri həll etməyin yolları müzakirə olunub. Həmçinin, əməkdaşların motivasiyasının yüksəldilməsi üçün istifadə olunan müxtəlif metodlar haqqında danışılıb. Təlim iştirakçıları mövzu ilə bağlı praktiki tapşırıqlar ediblər. Təlim iştirakçılarına “Opalus Partners” şirkəti tərəfindən sertifikatlar təqdim edilib.

“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova tədbirlə bağlı bildirib ki, “AtaTravel” MMC daim əməkdaşların müxtəlif təlimlərdə iştirakını təmin edir. Əməkdaşlar Azərbaycanının daxilində və xaricində keçirilən təlimlərdə iştirak edirlər.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir.

Şirkət öz müştərilərini otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti