...

“AtaTravel” MMC "Prime Travel Market 2018" tədbirində iştirak edib

İqtisadiyyat Materials 10 Oktyabr 2018 09:36 (UTC +04:00)
“AtaTravel” MMC Prime Consulting şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə keçirilən üçüncü “Prime Travel Market 2018” tədbirində iştirak edib.
“AtaTravel” MMC "Prime Travel Market 2018" tədbirində iştirak edib

Bakı. Trend:

9 oktyabr tarixində “AtaTravel” MMC Prime Consulting şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə keçirilən üçüncü “Prime Travel Market 2018” tədbirində iştirak edib. “AtaTravel” MMC-nin tur operator Rəvan Əhmədov və “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova xarici turizm şirkətlərinin nümayəndələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və eyni zamanda gələcək fəaliyyətin inkişafı üçün təcrübə və fikir mübadiləsi aparıblar.

Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, Çexiya, Sloveniya, Belarus, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak ediblər. Növbəti dəfə “Prime Travel Market” tədbirinin keçirilməsi 2019-cu ilin mart ayında planlaşdırılır.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti