...

Krasnodardan Bakıya aviareyslərin sayı artırılır

İqtisadiyyat Materials 18 İyun 2021 13:28 (UTC +04:00)
Krasnodardan Bakıya aviareyslərin sayı artırılır

Bakı. Sədrəddin Ağcayev - Trend:

Rusiyanın Krasnodar şəhərindən Bakıya aviareyslərin sayı artırılır.

Trend-in məlumatına görə, Krasnodar beynəlxalq hava limanından 4 aviaşirkət uçuşlar keçirəcək.

Qeyd olunur ki, "Nordwind" aviaşirkəti həftənin cümə günləri reysləri həyata keçirəcək. "S7Airlines" iyunun 15-dən etibarən çərşənbə axşamları uçuşlara başlayıb.

Eyni zamanda "Pegas Fly (İkar)" Krasnodardan Bakıya çərşənbə günləri, "Azimut" şirkəti isə şənbə günləri uçuşlar keçirəcək.

Qeyd edək ki, daha əvvəl Krasnodar-Bakı marşrutu ilə yalnız "Azimut" aviaşirkərti uçuşlar keçirirdi.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti