...

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı artıb

İqtisadiyyat Materials 18 Aprel 2022 17:23 (UTC +04:00)
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin, yanvar-mart ayları ərzində 73.346 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin ilk rübü ilə müqayisədə 8,2% çoxdur. Rüblük göstəricinin 17.979-u (24,5 %-i) ilkin, 55.367-si (75,5%-i) isə təkrar qeydiyyatın payına düşür.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinin saytına istinadən məlumat verir.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 10.837-si fərdi yaşayış və bağ evi, 19.253-ü mənzil, 40.572-si torpaq sahəsi, 832-si qeyri-yaşayış binası, 1.649-u qeyri-yaşayış sahəsi, 190-ı əmlak kompleksi, 13-ü isə çoxmərtəbəli yaşayış binasıdır.

Qeyd edək ki, bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 19.776-sı Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti