...

Dövlət Komitəsi: İlin əvvəlindən Azərbaycanda təxminən 50 yeni standart qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2013 12:03 (UTC +04:00)
Bu ilin əvvəlindən Azərbaycanda 49 yeni standart qəbul edilib.
Dövlət Komitəsi: İlin əvvəlindən Azərbaycanda təxminən 50 yeni standart qəbul edilib

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir H. Vəliyev/

Bu ilin əvvəlindən Azərbaycanda 49 yeni standart qəbul edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib.

Onun sözlərinə görə, onlar arasında yerüstü DVB-T rəqəmsal televiziyasının standartları, təhsil müəssisələrində qida ilə bağlı dövlət standartları, biometrik məlumatlarla bağlı mübadilə standartları və digər standartlar var.

Tağıyev bildirib: "Hazırda Azərbaycanda ümumilikdə 709 milli və 20878 ədəd beynəlxalq standart qəbul edilib. Ölkədə qəbul edilən standartların 45 faizi beynəlxalq standartlara uyğunlaşdırılıb". Şöbə müdiri vurğulayıb ki, hazırda Dövlət Komitəsi müxtəlif sahələr üzrə qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılması üzərində işləyir.

Tağıyev bildirib: "Hazırda standartlaşdırma haqqında qanun layihəsi hazırlanıb və o, respublikanın dövlət strukturları ilə razılaşdırılma mərhələsindədir. Yaxın vaxtlarda, o cümlədən Milli Məclisdə texniki tənzimlənmələr haqqında qanun layihəsinə baxılacağı gözlənilir".

Onun sözlərinə görə, bu qanunların qəbulu standartlaşdırma sahəsində mühüm dəyişikliklərə imkan yaradacaq. Standartlaşdırma sistemində islahatların əsas hədəfi bunlardır: iqtisadi əməkdaşlığın təmin olunması, sahibkarlığın daha çox inkişafı, məhsul və xidmətlərin keyfiyyətinin artırılması və s.

Vacib məsələlərdən biri budur ki, islahatlar iqtisadiyyatın texniki və texnoloji təhlükəsizliyinin təmin olunmasına, resurslardan effektiv şəkildə istifadə olunmasına imkan verəcək.
Dövlət Komitəsinin şöbə müdiri, o cümlədən standartlaşdırma sistemində mövcud olan problemlərin adını çəkib. Onun sözlərinə görə, hələ ki standartlaşdırma infrastrukturu formalaşmayıb, bu da bütün sistemin işinə mənfi təsir göstərir.

Tağıyev bildirib: "Texniki komitələrin işi beynəlxalq standartlara uyğun gəlmir. Vacib problemlərdən biri də köhnəlmiş standartların mövcudluğudur, çünki elmi araşdırmalar müasir səviyyədə keçirilmir. Həmçinin bu sahədə yüksəkixtisaslı kadrların kifayət qədər olmaması bu sahəsinin inkişafına maneə yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti