...

"Excelsior Hotel Baku" oteli PR mövzusunda təlim keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2014 11:43 (UTC +04:00)
Korporativ Sosial Məsuliyyət çərçivəsində “Excelsior Hotel Baku” ali məktəblərin yuxarı kurs tələbələrinə PR mövzusunda təlim keçirməyi planlaşdırır.
"Excelsior Hotel Baku" oteli PR mövzusunda təlim  keçirəcək

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Korporativ Sosial Məsuliyyət çərçivəsində "Excelsior Hotel Baku" ali məktəblərin yuxarı kurs tələbələrinə PR mövzusunda təlim keçirməyi planlaşdırır. Təlim 04 iyul 2014-cü il tarixində "Excelsior Hotel Baku" otelinin biznes-mərkəzində keçiriləcək. Təlimdə iştirak etmək istəyən şəxslər [email protected] elektron ünvanına məktub yazaraq müraciət edə bilərlər. Məktubda şəxsi məlumat və təhsil müəssisəsinin adı qeyd olunmaqla tələbə biletinin/qiymət kitabçasının skan olunmuş versiyası əlavə edilməlidir. Yerlər məhduddur.

Təlim "Excelsior Hotel Baku" otelinin Marketinq və Satış Departamentinin Direktoru Damla Bayık, "AtaHolding" şirkətinin Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova tərəfindən keçiriləcək. Təlim əsasında Damla xanım iştirakçıları marketinqin və satış növlərinin strategiyası və həyata keçirilməsinə dair əsas prinsiplər ilə tanış edəcək. Dilarə Zamanova öz növbəsində PR şirkətin nüfuzunun idarə edilməsinin başlıca aləti olması, kommunikasiyalar şirkətin formalaşmasına və onun nüfuzunun qorunmasına təsir etməsi, Ictimaiyyətlə Əlaqələr işinin qurulmasının əsas metod və texnologiyalardan bəhs edəcək. Təlimdə "AtaSığorta" ASC-nin Marketinq Departamentinin direktoru Yusif Ağayev və digər ekspertlər iştirak edəcəklər.

Qeyd edək ki, "Excelsior Hotel Baku" otelində bir "İmperial" lyuks, 2 "Royal" lyuks, 45 "Heritage"-standart, 9 "Duke"- kiçik nömrə, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və digər obyektlər fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti